!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazax sakinləri göldə batıb - FHN axtarışa başladı

!Reklam – Yazi

Qazax rayon Böyük Cəfərli kənd sakinləri Didvan gölündə batıb.

Yenicag.az xəbər verir ki, dünən axşam saatlarında Ağstafaçay su anbarında (Didvan gölü) balıq tutan kənd sakinləri 1984-cü il təvəllüdlü Aqif Ömərov və 1978-ci il təvəllüdlü Elşən Mustafayev göldə batıblar.

Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən meyitlərin axtarışı aparılır.

Artıq FHN Qazaxda göldə batan balıqçılar barədə rəsmi məlumat da yayıb. Qurumun rəsmi saytının yaydığı məlumata görə, 10 mart 2018-ci il tarixində saat 23:00 radələrində 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun və 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlunun balıq tutmaq istəyərkən Ağstafaçay su anbarında batdığı ehtimal olunur.

Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

COP29

www.yenicag.az

2671
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv