Qazaxda meyvə-tərəvəz köşkü yandı

Qazax rayonunda ümumi sahəsi 16 m² olan dəmir konstruksiyadan ibarət meyvə-tərəvəz satışı köşkünün dam örtüyünün taxta atmaları və içərisindəki əşyalar yanıb.

Bu barədə Yenicag.az-a FHN-dən məlumat verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.