Qazaxıstan MASASI – Kiyevlə Moskvanı Almatı BARIŞDIRACAQ?

media-hightechnic-468x90

“Putin Qazaxıstan təklifi ilə müəyyən qədər çətin vəziyyətə düşüb”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O, Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında sülh danışıqlarının Qazaxıstan platformasının mümkün nəticələrini şərh edib.

Politoloq bildirib ki, Zelenski öncələr görüş üçün Türkiyə ilə birgə bəzi Avropa ölkələrini təklif kimi irəli sürmüşdü:

“İndi isə Qazaxıstanın seçilməsinin pərdəarxası mesajları var. Belə ki, Zelenski Putinə Rusiyanın strateji tərəfdaşı, həmçinin KTMT üzvü olan ölkədə belə görüşə hazır olduğunu çatdırır. Bu, eyni zamanda onun üçün Qazaxıstan və Belarus arasındakı fərqi də göz önünə sərmiş olur. İlk növbədə, bu məqamda qeyd etmək lazımdır ki, Ukrayna Prezidenti Minski Kremlin tabeçiliyində olan alət kimi sayır. Qazaxıstan isə Rusiya ilə strateji tərəfdaş olmasına baxmayaraq, Kiyevi dəstəkləyir. Bir sözlə, Putin Qazaxıstan təklifi ilə müəyyən qədər çətin vəziyyətə düşüb”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa