Növbəti mövsümün hazırlıqlarına Avstriyada başlayacaq “Qəbələ”nin yoxlama görüşündə qarşılaşacağı rəqiblərdən birinin adına aydınlıq gəlib.
Yenicag.Az-ın əldə etdiyi məlumata görə, “qırmızı-qaralar” Rusiyanın “Lokomotiv” klubu ilə üz-üzə gələcək. Premyer Liqa təmsilçisi ilə keçiriləcək oyun iyunun 19-da baş tutacaq.
Qeyd edək ki, Tirol bölgəsində təlim-məşq tolanışında olacaq Roman Qriqorçukun komandası ümumilikdə 4 yoxlama matçı keçirməyi planlaşdırır.
Maraq üçün bildirək ki, hazırda Moskva təmsilçisinə “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin rəhbərlik edir.
Yenicag.Az
www.yenicag.az