“Qəbələ” qış hazırlığı üçün Antalyada
“Qəbələ” futbol klubunun qış hazırlıq proqramı müəyyənləşib.
Klubdan bildiriblər ki, “Qəbələ” Topaz Premyer Liqasının 18-ci turunda “İnter” ilə dekabrın 21-də keçiriləcək oyundan sonra istirahətə çıxacaq. Komanda 2014/2015-ci il mövsümünün ikinci yarısının hazırlıqlarına yanvarın 5-də Türkiyənin Antalya şəhərində başlayacaq.
Türkiyə hazırlığı iki mərhələdən ibarət olacaq. Yanvarın 5-dən 17-dək məşq edəcək komandaya iki günlük istirahət veriləcək. Toplanışın ikinci mərhələsi ayın 20-dən 29-dək davam edəcək.
“Qəbələ” hazırlıq çərçivəsində 7 yoxlama oyunu keçirəcək. Oyunların vaxtı və rəqib komandaların siyahısı yaxın günlərdə dəqiqləşəcək.
Hazırlıqları paytaxtda tamamlayacaq “Qəbələ” 2015-ci ildə ilk rəsmi oyununu fevralın 1-də səfərdə “Bakı”ya qarşı keçirəcək.
(azertag.az)