Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

“Qəbələ”dən növbəti transfer

Reklam: Sinerji Pro

“Qəbələ” klubu heyətinə daha bir futbolçu qatıb.

Yenicag.az xəbər verir ki, “qırmızı-qaralar” nigeriyalı hücumçu Ekiqo Ehiosunla güclənib. Azad agent statusu ilə komandaya qoşulan 27 yaşlı futbolçu 1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, 2014/15 mövsümündə icarə əsasında “Qəbələ”də çıxış etmiş Ekiqo Ehiosun “qırmızı-qara” formada 32 oyuna 6 qol vurub. Bütün qollarını çempionatda vuran legioner Premyer Liqada 29, ölkə kubokunda 3 matça çıxıb.

Azərbaycana ilk gəlişinədək vətənində “Varri Volves” (2008-2011), Türkiyədə “Samsunspor” (2011-2012) və “Gənclərbirliyi” (2012-2015) klublarında çıxış edib. 2013-2014-cü illərdə “Samsunspor”, 2014-2015-ci illərdə “Qəbələ”yə icarəyə verilən Ekiqo 2 il öncə Türkiyəyə qayıdıb. O, “Samsunspor” (2015-2016) və “Qaziantep BB” (2016) komandalarında çıxış edib.

Ehiosun 2011-ci ildə debüt etdiyi Nigeriyanın əsas yığmasında 6 oyun keçirib və 1 qol vurub.

www.yenicag.az

753
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM