Qəbul imtahanlarının vaxtı açıqlanıb

media-hightechnic-468x90

Qebul imtahani 020812Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci ildə keçiriləcək qəbul imtahanlarının vaxtını açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, ali məktəblərə daxil olmaq istəyənlər üçün ərizə qəbulu 1 aprel – 30 aprel tarixlərində aparılacaq.

II və III qruplar üzrə qəbul imtahanı (əvvəlki illərin məzunları) 17 may, I və IV qruplar üzrə qəbul imtahanı (əvvəlki illərin məzunları) 24 may, I və IV qruplar üzrə qəbul imtahanı (cari ilin məzunları) 14 iyul, II və III qruplar üzrə qəbul imtahanı (cari ilin məzunları) 25 iyul tarixində keçiriləcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa