Qədim misirlilərlə bağlı YENİ ARAŞDIRMA: Tutanhamonun narkotik asılılığı olub? - FOTO

media-hightechnic-468x90

Yeni araşdırmaya görə, qədim misirlilər üçün tiryək istifadəsi “gündəlik həyatın ayrılmaz hissəsi” ola bilər.

Yenicag.az xəbər verir ki, “Yale Peabody” Muzeyinin mütəxəssisləri tarixi alabastr vazasında aşkar edilən tünd-qəhvəyi “aroma qalıqlar”dan şübhələnərək asılılıq yaradan narkotik maddənin izlərini ortaya çıxarıblar.

“Eastern Mediterranean Archaeology” elmi jurnalında dərc olunan nəticələrdə noskapin, hidrokatarnin, morfin, tebain və papaverin kimi tiryək üçün tanınmış diaqnostik biomarkerlərin olduğu qəti sübuta yetirilib. Tədqiqatçılar bunun“indiyədək qədim Misir cəmiyyətində geniş tiryək istifadəsinə dair ən aydın sübut olduğunu bildiriblər.

Onlar əlavə ediblər ki, oxşar qablar, o cümlədən firon Tutanhamonun məzarında tapılanlar da, çox güman ki, qədim tiryək izlərini də ehtiva edir.

Araşdırmanın baş müəllifi və əsas tədqiqatçısı Endryu C. Koh deyib ki, nəticələr tiryək istifadəsinin qədim Misir mədəniyyətlərində “təsadüfi və ya ara-sıra” deyil, “müəyyən dərəcədə gündəlik həyatın ayrılmaz hissəsi” olduğunu göstərir:

“Biz hesab edirik ki, böyük ehtimalla, Tutanhamonun məzarında tapılan alabastr qablar qədim tiryək istifadəsi ənənəsinin bir hissəsi olaraq tiryək ehtiva edirdi və biz bunu indi anlamağa başlayırıq”.

“Alimlər qədim qabları, adətən, estetik keyfiyyətlərinə görə öyrənib heyran olurlar, lakin bizim proqram onların necə istifadə olunduğuna və içindəki üzvi maddələrə diqqət yetirir. Bu bilik qədim insanların gündəlik həyatı barədə – nə yedikləri, hansı dərmanlardan istifadə etdikləri və asudə vaxtlarını necə keçirdikləri haqqında çox şey açıqlayır”, – Koh deyib.

Tapıntılar daha əvvəl Sedmentdə (Misir) adi bir məzarda aşkar edilən alabastr qablar və Kipr mənşəli “base-ring” küplərindəki tiryək qalıqlarını xatırladır. Bu məzar Yeni Krallıq dövrünə (e.ə. XVI–XI əsrlər) aiddir.

Koh bildirib ki, minillikləri və müxtəlif sosial-iqtisadi qrupları əhatə edən bu tapıntı Tutanhamonun məzarında aşkar edilən çoxsaylı alabastr qabların da tiryək izləri daşıması ehtimalını gücləndirir.

Qeyd eədk ki, tiryək “Papaver somniferum” adlı tiryək xaşxaşının toxum qutularından əldə edilən qurudulmuş süd şirəsidir və morfin, kodein, heroin kimi bir çox narkotiklərin əsas mənbəyidir.

Onun minilliklər boyu həm tibbi, həm də mənəvi məqsədlərlə istifadə edildiyi güman olunur.

Sonralar bu asılılıq yaradan maddəyə tələbat artdı və tiryək becərilməsi, istifadəsi İpək Yolu boyunca yayıldı. Əvvəlcə Aralıq dənizi bölgəsində, sonra Asiya boyunca, daha sonra isə Çinə çatdı və XIX əsrin ortalarında baş verən “Tiryək müharibələri”nin mərkəzinə çevrildi.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa