Qədir Xəlilov Gənclər Fondundan GETDİ

media-hightechnic-468x90

Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor əvəzi vəzifəsini icra edən Qədir Xəlilov vəzifəsindən ayrıldığını elan edib.

Yenicag.az xəbər verir ki, o, bu barədə şəxsi sosial media hesabında paylaşım edib.

“Əziz dostlar! Gənclər Fondunda 6 il davam edən yolumun sonuna çatdım. Artıq özümü başqa sahədə sınamağın vaxtıdır. Gənclər Fondunda fəaliyyətim ərzində əldə etdiyim dostlar bu 6 ilin mənə qazandırdığı ən vacib dəyərlərdir”, – deyə o bildirib.

Paylaşımda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla həyata keçirilən gənclər siyasəti öz bəhrəsini verməkdə davam edir:

“İnanıram ki, gənclərimiz hər zaman olduğu kimi, gələcəkdə də Vətənimizin inkişafında və daha da qüdrətlənməsində aparıcı rol oynayacaqlar. Fəxr edirəm ki, bu prosesdə fəaliyyətinə rəhbərlik etdiyim Gənclər Fondu da öz mühüm töhfəsini vermişdir. Gənclər siyasətinin aparıcı qüvvəsi olan Gənclər Fondunda xidmət etmək böyük şərəf idi!”

Sabiq rəhbər, həmçinin dəstəyə görə ölkə rəhbərliyinə, Gənclər Fondunun Müşahidə Şurasının rəhbəri və üzvlərinə, tərəfdaşlara və gənclərə təşəkkür edib, Gənclər Fonduna və gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, o, uzun müddət Gənclər Fondunun icraçı direktorunun müavini vəzifəsində çalışıb. Fərid Cəfərov Mədəniyyət Nazirliyinə təyinat aldıqdan sonra bir müddət icraçı direktor əvəzi kimi fəaliyyət göstərib. Hazırda Gənclər Fondunun icraçı direktoru vəzifəsini Yusif Vəliyev icra edir.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600