“Son dövrlərdə Gürcüstanın müstəqil xarici siyasət aparmaq istəyi Qərblə Tbilisi hökuməti arasında olan vəziyyətin gərginləşməsinə səbəb oldu”.
Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Kazım Kazımov deyib.
Onun sözlərinə görə, Gürcüstan hakimiyyətinin siyasi dəyişikliklər etməsi qərbmeyilli Gürcüstan vətəndaşlarının müxtəlif qiyamlarına səbəb oldu:
“Gürcüstanın Rusiya ilə münasibətləri normallaşdırması, bu yolda müəyyən dərəcədə uğurlu cəhdlərin olması və Gürcüstanda xarici agentlər haqqında qanunun qəbul edilməsi ,təbii ki, Qərbin xoşuna gəlmədi. Bundan əlavə, seçkilər qabağı Qərbin dəstəklədiyi siyasi partiyalar belə uğur qazana bilmədi. Təbii ki, bu da öz növbəsində Gürcüstanda qərbmeyilli vətəndaşların müxtəlif sanksiyalar tətbiq etməsinə, hakimiyyətə qarşı çıxmasına səbəb oldu”.
K. Kazımov proseslərin bundan sonrakı inkişafından da bəhs edib:
“Təbii ki, bundan sonra da iğtişaşların səngiməsi ehtimalı çox azdır. Paytaxt Tbilisi başda olmaqla bir sıra böyük şəhərlərdə qarşıdurmalar davam edir. Lakin bunu da unutmayaq ki, xalqın 53%-i faktiki olaraq “Gürcü arzusu”nu dəstəkləyir. Bu da öz növbəsində aksiyaların miqyasının daha da böyüməsinə səbəb ola bilər”.
Mayıl Soltanov
www.yenicag.az