“Qərb Rusiyaya zərbə vurmaq üçün, …”
Millət vəkili Zahid Oruc müsahibə verib:
-Zahid bəy, ATƏT MQ həmsədrlərinin son bəyanatını necə dəyərləndirisiniz?
– ATƏT MQ hesab edir ki, son dövrlərdəki gərginliyin artmasına səbəb Rusiya-Ukrayna savaşıdır və orada baş verən hadisələr Qafqaz bölgəsində, xüsusən də Qarabağda münaqişəni alovlandıra bilər. Bu onların son bəyanatında görünməkdədir. Düzdür bu açıq mətnlə göstərilməsə də, fakt ondan ibarətdir ki, ATƏT MQ-nin 20 ildən artıq fəaliyyəti müddətində tərəflər arasında dəfələrlə atəşkəs genişmiqyaslı formada pozulub, ancaq belə sərt reaksiya olmayıb. Qərb hesab edir ki, Rusiya Ukraynadan diqqəti yayındırmaq üçün Qarabağda vəziyyəti gərginləşdirmək istəyir. ATƏT MQ-nin son bəyanatını bu yöndə qiymətləndirirəm. Bəyanatda diqqəti çəkən digər məqam isə tərəflər arasında etimad mühitinin dərinləşdirilməsi ilə bağlı edilən çağırışlardır. İş ondadır ki, xalqlar arasında xalq diplomatiyası və yaxud digər ad altında düşmənçilik sindromunu aradan qaldırmaq mümkün deyil. Baxmayaraq ki, Azərbaycan hakimiyyəti illər ərzində ciddi sülh diplomatiyası həyata keçirməsinə baxmayaraq problem öz həllini tapmırsa, o zaman isətnilən hakimiyyət sərt metoda əl atmağa məcburdur. Ona görə də, ayrı-ayrı ictimai institutların, siyasi bilriklərin dsətəyi ilə ermənilərlə azərbaycanlılar arasında barış mühitini yaratmaq sadəlöhvlükdür. Nə qədər ki, münaqişə həll olunmayıb bu şəraitdə xalqları bir araya gətirmək mümkün olmayacaqdır. Növbəti bir məqam isə ondan ibarətdir ki, əgər ATƏT MQ öz üzərinə düşən missiyanı yerinə yetirsəydi, o zaman belə bir bəyanata da ehtiyac qalmayacaqdı. Əgər bu gün iki Azərbaycan vətəndaşı beynəlxalq vasitəçilərin qərarını gözləmədən işğal olunmuş öz doğma torpaqlarına gedirsə, sabah minlərlə, on minlərlə insan bu addımı atmaq zorunda qalacaq və onları heç zaman diversant və ya partizan adlandırmaq mümkün olmayacaq.Onlar mülki insan olaraq öz doğma evlərinə dönmək üçün bu addımı atacaqlar. Çünki Kəlbəcərlə bağlı elə bir xüsusi mübahisəli məqam yoxdur. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, bu bəyanat ATƏT MQ-nin bir daha öz funksiyasını yerinə yetirməməsinin göstəricisidr.
-Bəs nə etmək lazımdır ki, həmsədrlər öz üzərinə düşən missiyanı icra etsinlər?
-Amerikalı həmsədr ölkəsinin Qarabağla bağlı mövqeyini ortaya qoyub. ABŞ-dan fərqli olaraq nə Fransa, nə də Rusiyanın məsələ ilə bağlı mövqeyi ortada deyil. Onların da konkret mövqeyi ortada olandan sonra konkret bir fikir söyləmək olar.
-Yəni siz hesab edirsiz ki, Rusiya Ukrayandakı hadisələrədən diqqəti yayındırmaq üçün Qarabağda prosesləri gərginləşdirir? AxıRusiyanın bu gün beynəlxalq dəstəyə ehtiyacı olduğu bir məqamda Qarabağda ikinci cəbhə açmasına nə ehtiyac var ki…?
-Bu onların marağına qətiyyən uyğun deyil. Çünki bir neçə cəbhədə vuruşmaq Rusiya üçün o qədər də effektli deyil. İraq, Suriya, Əfqanıstan problemi sübut etdi ki, hətta böyük koalisiyalar hesabına belə bu işin öhdəsindən gəlmək mümkün deyil. Ona görə də, Rusiya heç bir vəchlə Qarabağ məsələsində revanş götürərək Qərbə zərbə vurması, bununla da Ukrayna məsələsindən yayınmaq məqsədi güdməsi düz deyil. Amma çox mümkündür ki, Rusiyanın adında ən müxtəlif mənafe qrupları hətta bəzı qərbpərəst qüvvələr Rusiya cildində bu təxribatı törətmiş olsun. Və onu da Rusiyanın üzərinə atsınlar. Məsələyə birbaşa aidiyyatı olmasa da söyləyim. Rusiyanın Malayziyanın Boing təyyarəsinin vurması ilə bağlı Putinin əmr verməsinə mən qətiyyən inanmram. Çünki Putinin mövqe üstünlükləri ən yüksək səviyyədə olduğu bir dönəmdə son hadisə onlara böyük bir zərb oldu. Bu Rusiyanın nəyinə gərək idi ki, belə bir tapşırıq versin. Eləcə də Qarabağda vəziyyəti gərginləşdirib, onun aktiv fazaya keçməsinə? Rusiya yaxşı bilir ki, Qarabağdakı alovlanma Şimalı Qafqazdakı prosesləri də destabiləşdirə bilər. Ancaq Qərb Rusiyanı şantaj etmək üçün Qarabağda rus cildində Rusiyanın maraqlarının ziddinə müxtəlif təxribatlara gedə bilərlər. Bunu da Rusiya ilə bağlaya bilərlər.Çünki bölgədə vəziyyət həssasdır.
-O zaman regionda transmilli enerji və iqtisadi layihələri reallaşdıran Qərbin bu oyunda hansı məqsədi güdür?
-Qərb hesab edir ki, Rusiya Qərbi şantaj etmək üçün Qarabağdan istifadə edə bilər. Ona görə də Qərb Azərbaycanı qazanmaq üçün qabaqlayıcı tədbrilərə əl atırlar ki, guya onlar bu istiqamətdə diplomatik səylərini artırıblar. Amma hesab edirəm ki, Rusiya da nəyin bahasına olursa olsun Azərbaycanı əlində saxlamaq üçün hər bir addıma hazırdır. Hətta Qarabağ məsələsində də dəyişikliklərə belə. Rusiya Qarabağ məsələsində ədalətli mövqe tutmağa hazırdır. Elə son dövrlərdə Sergey Lavrovun, Dmitriy Roqozinin və Sergey Narışkinin də səfərinin əsas səbəbi bu idi.
-Belə olan halda Rusiyaya ədalətli mövqe tutmağa mane olan nədir?
– Düşünürəm ki, proseslərin heç də tam onların istədiyi istiqamətdə getməməsi ilə bağlıdır. Çünki Rusiya hesab edir ki, Qərb bu məsələdə onlara maneçelik törədəcək və təxribatlara əl atacaqlar. Qərb hətta Ermənistanın daxilində ayrı-ayrı qüvvələri ayağa qaldıracaq ki, gedən proseslərin guya onların maraqlarına uyğun deyil. 1999 -cu ildə Rusiyanın törətdiyi məlum gülləbaran əməliyyatları başqa dairələrin əli ilə gerçəkləşdiriləcək. Ona görə də status- kvonu nə təhər olur-olsun qoruyub saxlamağa çalışırlar. Buna baxmayaraq, hazırki dönəmdə Rusiya Azərbaycanı öz yanında görmək üçün Qarabağ məsələsində mövqeyində xeyli dəyişiklik etməyə hazırdır. Ancaq bu RF prezidenti Vladimir Putinin bir qərarı ilə bitən məsələ deyil. Bundan sonra bölgəni hazırlamaq, kənar dairləri neytrallaşdırmaq, Ermənistandakı narazıçılıq dalğasını yatırmaq lazımdır və sair. Bu elə də asan məsələ deyil.
– Onda belə çıxır ki, son dövlərdəki hadisləri Qərb özü bilərkdən törədir?
-Mən buna şübhə etmirəm. Birmənalı şəkildə Qərb Rusiyaya zərbə vurmaq üçün Qafqazlardan istifadə edir.