Qərb koalisiyası Ukraynaya F-16 qırıcıları əvəzinə F-18 təyyarələri göndərmək imkanlarını müzakirə edir.
Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu barədə məsələ ötən həftə Sinqapurda Şanqra-Li Dialoqu çərçivəsində keçirilən qapalı müzakirələrdə Ukrayna nümayəndələri tərəfindən qaldırılıb.
Qeyd olunur ki, məxfi müzakirələrin gedişində müttəfiqlərin Ukraynaya onlarla köhnə, lakin işlək və ixraca yararlı F-18 təyyarələri göndərə bilər. Avstraliya, Kanada, İsveçrə və Finlandiya kimi ölkələrin artıq F-35 təyyarələrinə keçmələri buna imkan yaradır. Lakin mənbə onu da vurğulayır ki, bu plan tezliklə reallaşmasa belə, müzakirələrin aparılması məsələnin müsbət həll olunacağını söyləməyə əsas verir.
Məlumata görə, 1970-ci illərdə hazırlanan F-18 qırıcı-bombardmançı təyyarələri ABŞ-nin, o cümlədən, Avropa və Asiyanın bir çox ölkələrinin əsas hərbi təyyarələridir.
A.Zeynalov
www.yenicag.az