!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbin Gürcüstandakı İNQİLAB OYUNU: “Rusiya ilə münasibətləri pozmaq istəyirlər”

!Reklam – Yazi

“Şübhəsiz ki, Avropa və Gürcüstan arasında olan vəziyyət son günlərdə getdikcə gərginləşib. Təbii ki, bu gərginlik müxtəlif problemlərə yol açır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Kazım Kazımov deyib.

Onun sözlərinə görə, bu prosesin səbəbləri müxtəlifdir:

“İlk olaraq Gürcüstan son günlərdə siyasi addımlarında böyük dəyişikliklər etdi. Təbii ki, Avropa İttifaqının bu günə qədər Gürcüstana təyin etdiyi siyasi xətt Gürcüstanın xeyrinə deyildi. Avropa İttifaqının burada əsas məqsədi Gürcüstan və Rusiya münasibətlərini yenidən gərginləşdirmək idi. Bu da öz növbəsində Gürcüstan üçün faciəvi sonluqla bitərdi. Tarix uzaq deyil. 2008-ci ildə Rusiya-Gürcüstan münasibətləri pozulduğu üçün Cənubi Osetiya və Abxaziya əraziləri itirildi. Əgər Rusiya-Gürcüstan münasibətləri yenidən pozulsa, eyni proses bir də təkrarlanmış olar”.

Politoloq Gürcüstanın balanslı siyasətindən də danışıb:

“Belə ki, bu balanslı siyasət Rusiya ilə münasibətləri yaxşı tutmaq idi. Lakin Avropa İttifaqı bunu qəbul etmir və belə olduğu halda Gürcüstanda qızışdırıcı qruplar səhnəyə çıxarıldı. Bunun nəticəsində də Gürcüstan hökuməti onlara qarşı “Xarici agentlər haqqında” qərar qəbul etdi. Bu da Qərb və Gürcüstan arasında olan münasibətlərin tamamilə qırılmasına yol açdı. Təbii ki, biz bu siyasi vəziyyəti nəzərə alaraq Gürcüstanın atdığı bu addımı təsadüfi saya bilmərik. Bundan sonra nələr olacaq dedikdə isə böyük ehtimal, Qərb Gürcüstanla münasibətləri yenidən gözdən keçirməsə, indiki əlaqələr daha da gərginləşəcək”.

Mayıl Soltanov

COP29

www.yenicag.az

74
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv