Qeyri-qanuni enerji istifadəçilərinə sərt tədbirlər

media-hightechnic-468x90

bilesuvarBütün enerji müəssisələri xidməti ərazilərində istismar səviyyəsinin yüksəldilməsi, eyni zamanda qarşıdan gələn payız-qış mövsümünə hazırlıq məqsədilə yenidənqurma işləri və müxtəlif təyinatlı sistem əhəmiyyətli təmir işləri həyata keçirirlər.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətindən verilən məlumata görə, cari ilin son üç ayı ərzində “Biləsuvar EŞ”in balans mənsubiyyətinə aid paylayıcı şəbəkələrdə yenidənqurma işləri həyata keçirilib, eyni zamanda 10 və 0,4 kV-lik EVX-də əsaslı təmir işləri aparılıb.

Qeyd edək ki, sözügedən dövrdə balans mənsubiyyətinə aid TM-lərdə də müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Eyni zamanda müxtəlif gücdə bir neçə transformator da təmir edilərək təkrar şəbəkəyə qoşulub.

Cari ilin oktyabr ayında “Biləsuvar EŞ”in xidmət ərazisində 5 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilib. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 270 min kilovat-saata yaxın artıb. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 521 min kilovat-saatdan çox artaraq 3,2 milyon kilovat-saata yaxın olub. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 3 faizdən çox artıb. Bildirilir ki, cari ilin 10 ayı ərzində müəssisə üzrə istehlak 73,4 milyon kilovat-saatdan çox olub ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 278 min kilovat-saata yaxın azdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 3,2 milyon kilovat-saata yaxın artaraq 34,1 milyon kilovat-saata yaxın olub. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 7 faizdən çox artıb.

“Rayonda elektrik enerjisindən qeyri-qanuni istifadə edən istehlakçılara qarşı sərt tədbirlər görülür. Təbliğat işinin normal səviyyədə qurulmasına da ciddi diqqət yetirilir”, – deyən mənbə cari ilin 10 ayı ərzində burada keçirilmiş reydlər zamanı aşkar edilmiş qayda pozuntusu, bərpa edilmiş itirilmiş elektrik enerjisinin istehlak dəyəri və həmin bu məbləğin ödənişi barəsində də məlumat verib. Müəssisənin xidməti ərazisində reydlər, yenidənqurma və təmir işləri intensiv olaraq davam etdirilir.

(azadinform.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600