!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəzada dağılan heykəl 3 aydır bərpa olunmur - FOTO

!Reklam – Yazi

“Bu şəkildə gördüyünüz “Əməkçi qadın” heykəlidir. Təxminən 3 ay əvvəl burada qəza baş verdi. Qəzadan sonra heykəl dağıldı”.

Yenicag.az xəbər verir ki, bu şikayətlə Şəmkir rayon sakinləri müraciət ediblər. Vətəndaşlar Gəncə-Şəmkir yolunda, Çinarlı kəndi yaxınlığında körpünün çıxışında yerləşən heykəlin bərpa olunmamasından narazıdırlar:

“Maşın yoldan çıxaraq heykələ çırpıldı. Nəticədə heykəl dağılaraq gördüyünüz hala düşdü. Biz tez-tez bu yolu gedib-gəldiyimizdən hər dəfə dağılmış heykəlin o halda qaldığını görürük. Bu qədər zaman keçməsinə baxmayaraq, heykəl nə bərpa edilir, nə sökülür, nə də ətrafa dağılmış hissələri yığışdırılır”.

Məsələ ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumun Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elgün Seyidov bildirdi ki, qaldırılan məsələ tərəflərindən nəzarətdə saxlanılır: “Hazırda aidiyyəti müvafiq orqanlar avtoqəza nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün avtomobilin sığortalandığı şirkətlə iş aparır. Məsələ yaxın zamanda öz həllini tapacaq”.

www.yenicag.az

349
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv