Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“QHT-nın məğzi məhz siyasi olmamaqdır”

Günel Səfərova: “Milli donor instititu çox güclü olmadığından əsas donorlar xaricilərdən ibarətdir”
10748977_828604773870296_372901075_nQHT-lərə bağlı münasibət heç vaxt birmənalı olmayıb. Belə ki, zaman-zaman bu institutun bağlanılması təklifi belə gündəmə gəlir. QHT-lər bizə lazımdırmı? QHT-lər bağlanarsa, nə baş verər? Yenicag.az bütün bu suallara uzun müddətdən bəri QHT sektorunda olan hüquqşünas, eyni zamanda beynəlxalq təlimçi olan Günel Səfərova ilə cavab axtarır.

– QHT-lərin bağlanmasını təklif edənlər var. Sizin buna münasibətiniz necədir?
– QHT-lərin bağlanması məsələsi ilə bağlı müzakirə yoxdur və belə bir qərar yoxdur. Lakin hal-hazırda Bildiyiniz kimi “Qeyri Hökumət təşkilatları( ictimai birliklər və fondlar) haqqında ” qanuna əlavə və dəyişikliklər Milli Məclisdə müzakirə edildi və qanun qəbul edildi. Baxmayaraq ki, qanun hələ qüvvəyə minməyib amma onun haqqında cəmiyyətdə və eləcə də bizdə ciddi narahatlıqlar vardır. Qeyd etməliyəm ki, QHT-lər könüllü yaranan bir qurumdur, qanunvericiliyə görə, ya fond, ya da ictimai birlik kimi qeydiyyatdan keçə bilər. İctimai birliklərin əsas maliyyə mənbəyi qrantlardır. Azərbaycandakı ictimai birliklərin maliyyə aldıqları qurumlarla tanış olduqda görürük ki, milli donor instititu çox güclü olmadığından əsas donorlar xaricilərdən ibarətdir.
Hazırda hər hansı donordan qrant aldıqda qrantın müqaviləsini Ədliyyə Nazirliyinə təqdim edirik, nazirlik müqaviləyə baxır, yalnız “bildiriş” verdikdən sonra hesabımızdan o məbləği götürə bilirik. Yeni qanuna görə isə beynəlxalq təşkilatlar və ya fondlar Azərbaycan Respublikasının müvafiq dövlət qurumundan qeydiyyatdan keçməli və ya qrant fəaliyyəti üçün saziş imzalamalıdır. Təbii ki, bu qanunun müddəalarında məhdudlaşdırıcı məqamlar çoxdur və hər müsahibədə qeyd etdiyim kimi bu ictimai sektorun fəaliyyətini ləngidə və ya çətinləşdirə bilər. Qanun bəllidir və onunla biz razı deyilik. Lakin burda önəmli olan hansı məsələləri təklif etməyimizdir. Mən bu qanunun müzakirəsindən bu yana edilən təkliflərdən ən müsbət yanaşdığım təklif Azərbaycan Respublikasının Milli Məclisində “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa edilən əlavə və dəyişikliklərdə nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının olması təklifidir. Ümumilikdə isə bu qanunun geriyə göndərilərək işci qrupu tərəfindən müzakirə edilməsi daha effektli olar.
– QHT-Dövlət münasibətlərində əsas problemi nədə görürsünüz?

– Dövlətlə QHT əslində qarşı duran tərəf deyi , uzalaşan tərəf olmalıdır. Cünki ictimai birliklər Dövlətin siyasətinə dəstək olaraq həm də fəaliyyət göstərir. Amma burda hakimiyyətin mövqeyindən söhbət gedə bilər. Bilirsiniz bir tərəfdən hakimiyyət fondların yaranmasında və yeni proqramların olmasında maraqlıdır digər tərəfdən isə beynəlxalq fondların fəaliyyətini məhdudlaşdırmaq istəyir. Çox güman ki, bu Avropaya və Amerikaya gedən hesabatlarla əlaqəlidir. Bir yanaşma da bundan ibarətdir ki, qrant siyasətini müstəqil qurumlar yönəltməlidir və müstəqil fikirli QHT-lərin fəaliyyətinə məhdudiyyətlər qoyulmamalıdır.

– QHT-lərə qarşı daim qrant ittihamı olub. Sizcə bu baryeri aşmaq üçün QHT-lər hansı addımı atmalıdırlar?
– Qrant QHT-nin fəaliyyəti və layihələrin icrası üçün lazım olan maliyyə vəsaitidir. Bu gün cəmiyyətimizdə qrantın mənfi hal kimi çatdırılmasını anlamaq çətindir. Sözsüz ki, şəffaf olmayan məqamlar vardır amma ümumən QHT sektoru bundan əziyyət çəkməməlidir. Elə bir təssürat yaranır ki, sanki QHT-ları bir fərddən ibarətdir və o qrantı mənimsəyir. Unutmayaq ki, qrantı konkret layihələrə almaq mümkündür və o layihələrin fəaliyyətlərindən yüzlərlə insan bəhrələnir. Mən düşünürəm ki, beynəlxalq təcrübədən istifadə edərək QHT-ları layihələri ilə bağlı illik hesabat hazırlaya bilərlər və bu hesabat proqram hissəsi ilə yanaşı maliyyəni də əhatə etməlidir.Azərbaycanda yalnız beynəlxalq təşkilatların nümayəndəlikləri bu hesabatı hazırlayırlar və cəmiyyətə təqdim edirlər. Yeni qəbul edilən qanun şəffaflığın qarantı ola bilməz. Əksinə onsuz da dövlətciliyə zidd fəaliyyət göstərən ictimai birliklərin fəaliyyətini nəzarətsiz qoyacaqdır.

– Bir sıra QHT-lər özlərini Avropanın vəkilləri kimi aparırlar. Bir qismi isə iqtidarın müdafiəçisi. Sizin fikrinizcə, normal QHT hansı pozisiyada dayanmalıdır?
– Çox maraqlı məqama toxundunuz. Uzun müddət bəlkə də bilməyərəkdən QHT –ları haqqında müxalif və ya iqdidar yönlü sözlərini istifadə etmişik. Lakin QHT-nın məğzi məhz siyasi olmamaqdır. Yani QHT-ları dövlətin sosial, iqdisadi siyasətinə dəstək verməlidir və icra etdikləri layihələr sonradan dövlət proqramı olaraq davam etməlidir. Lakin bu gün qeyd etdiyiniz məsələ Azərbaycanın ictimai sektorunda gündəmdədir. Bunu onunla da əlaqələndirmək olar ki, siyasi inistitutların fəaliyyəti və aktivliyi üçün kifayət qədər münbit şərait yox idi və bu funksiyanı daha çox QHT-lər həyata keçirmişdirlər. Həmçinin beynəlxalq təşkilatlar, fondlar və maliyyə qurumları siyasi partiyalara deyil QHT –na maliyyə ayırırlar və bunun da prosesə təsiri vardır. Dünyanın hər yerində indi GONGo deyilən təşkilatlar vardır. Onlar dövlətin siyasətini dəstəkləyir və proqramların icrasında yaxından iştirak edirlər. Mənim fikrimə gəldikdə isə QHT-lərin müstəqil olmalarının tərəfdarıyam. Sözssüz ki, müstəqil adı altında ictimai birliklər Azərbaycan haqqında yalnış və heç bir fakta söykənməyən məlumatları xaricə göndərməməlidirlər. Lakin ictimai birliklərin fəaliyyətinə qoyulan qadağalar dövlətimizin imicinə xələl gətirir.

– QHT-lərin vergi şəffaflığı necə təmin olunmalıdır?
– Bilirsiniz ki, QHT-lər maliyyə hesabatı verirlər və eyni zamanda layihə çərcivəsində nəzərdə tutulan əmək haqqından və ya xidmətdən vergi ödəyirlər. Humanitar fəaliyyətlə məşğul olan QHT-ların siyahısı vardır və onların vergilərində ödəmələr fərqli hesablanır. Bizim fikrimizcə yeni qanun qrantın alınması prosesini asanlaşdırmalı , lakin icrası prosesinə nəzarəti artırmalıdır. Bunu vergi orqanlarının vasitəsi ilə də həyata keçirə bilər. Yuxarıda qeyd etdiyim kimi hər bir təşkilat illik maliyyə və proqram hesabatını çap edib müvafiq qurumlara göndərsələr sözssüz ki, şəffaflıq təmin olunacaqdır.

Tamara/Yenicag.az

Loading...

www.yenicag.az

353