Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2020-ci il 1-ci qrant müsabiqəsinin mövzularının müəyyənləşdirilməsi prosesində ictimai iştirakçılığı təmin etmək məqsədilə QHT-ləri, media, dövlət və özəl qurumları, eləcə də vətəndaşları cəmiyyət üçün aktual olan ictimai əhəmiyyətli məsələlərlə bağlı təkliflərini təqdim etməyə çağırıb.
Yenicag.az xəbər verir ki, bu barədə Şuranın yaydığı məlumatda bildirilib.
Müsabiqə mövzuları ilə bağlı təkliflərinizi 2019-cu il noyabr ayının 14-dək SƏLİS-in innobank.az saytının ideya bankı (http://innobank.az/Idea) bölməsi vasitəsilə təqdim edə bilərsiniz.