!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Qibləsini tanımayan Əli Kərimli..." - Siyavuş Novruzov

!Reklam – Yazi

“Prezident özü də dedi ki, keçirilən debatları dinləyir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında müxalifət qüvvələrinin səsləndirdiyi fikirlərə münasibət bildirən millət vəkili Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov “Diqlas” Ticarət Mərkəzində baş verən yanğından sonra səslənən müəyyən fikirlərlə bağlı öz iradlarını bildirib:

“Əvvəla qeyd etmək lazımdır ki, qanunvericiliyə uyğun addımlar atılmalıdır. Xüsusən, sığorta məsələləri öz həllini tapmalıdır. Məsələn, Naxçıvanda sığorta olunmayan bir obyekt, ev qalmayıb. Orada bütün tikililər sığorta olunub. Çox təəssüf ki, baş vermiş yanğın hadisəsindən öz məqsədləri üçün istifadə edən qüvvələr var. Həmin yanğında zərər çəkənləri mitinqə çağırırlar. Onlara bildirirlər ki, gəlin, aksiyada iştirak edin, sizə dəymiş ziyanın ödənilməsi üçün dövlətə təzyiq göstərək. Çox təəssüf ki, bu cür yanaşmaların, çağırışların ardı kəsilmir. Müxalif qüvvələr ölkədəki dəyişikliklərin onların təzyiqi və tələbi ilə həyata keçirildiyini iddia edir. Əslində isə ötən ilin prezident seçkilərindən sonra bəyan olunmuşdu ki, bütün istiqamətlər üzrə ciddi dəyişikliklər həyata keçiriləcək. Baxın, öz qibləsini tanımayan Əli Kərimli qiblə kimi ABŞ-ı bilir və oradan nə deyirlərsə, ona uyğun hərəkət edir. Bundan başqa, özünüz də fikir verirsiniz ki, prezident əhalinin sosial rifahını yaxşılaşdırmaqla yanaşı, belə hallarda onlara dəyən ziyanın ödənilməsi üçün də zəruri addımlar atır. 2010-cu ildə Kürün daşması nəticəsində baş verən hadisəni də xatırlayaq. Əli Kərimli su basmış evinə özü getmədi, ancaq hökumət nümayəndələri onun evini təmir elətdirdi”.

Siyavuş Novruzov bildirib ki, hakimiyyətə qarşı səslənən iddialar əsassızdır.

COP29

www.yenicag.az

3515
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv