PYD/PKK terror təşkilatının keçmiş rəhbərlərindən olan Saleh Müslim Çexiyada saxlanılıb.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət öncə Çexiyaya qaçdığı üzə çıxan terrorçunun bu gün Praqada saxlanılığı açıqlanıb.
Saleh Müslim qırmızı bülletenlə axtarılırdı.
Tez-tez yerini dəyişdirən Salih Müslim sonuncu dəfə Çexiyada lüks bir otelin lobisində görüntülənmişdi.
Qeyd edək ki, o, Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatına qarşı güc toplamaq üçün Avropanı qarış-qarış gəzir, PKK üçün dəstək toplayırdı. Terrorçu İngiltərə və İsveçrə parlamentlərinə qonaq olmuş, Avropa Mətbuat Şurasının iclasına qatılmışdı. O, ələ keçməmək üçün getdiyi ölkələrdə ən çoxu bir həftə qalırdı.