Qisas əməliyyatı başladıldı

media-hightechnic-468x90

79506Pakistanda “Taliban” qruplaşmasının Pişəvərdəki məktəbə hücumundan və 149 insanı öldürdükdən sonra qisas əməliyyatına start verilib.

Hakimiyyətin açıqlamasaında bildirilir ki, əməliyyat nəticəsində aviasiya və quru qoşunları 58 yaraqlını məhv ediblər.

Pakistanda matəmin üçüncü günü təhlükəsizlik qüvvələri Əfqanıstanla sərhəddə yaxın olan Heybər ərazisində əməliyyat keçirib. Bu zaman ən azı 50 yaraqlı məhv edilib. Daha 8 yaraqlı Balucistan əyalətində öldürülüb. Onlardan biri “Taliban”ın komandiri olub.

Qeyd edək ki, Pişəvər məktəbində kütləvi qətllər bütün dünyanı sarsıdıb. Ölkənin baş naziri Nəvaz Şərif ölüm hökmü üzərində danışıqlara son qoyulduğunu deyib.

Həbsdə olan 6 terrorçunun ölüm hökmü imzalanıb. Ordu onların adlarını açıqlamır. Onların adının edamlarından sonra açıqlanacağı bildirilir.

(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600