Moskvada azərbaycanlılara məxsus restoranda qanlı hadisə baş verib.
AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hadisə “Qız qalası” restoranında qeydə alınıb. Belə ki, restoranda müştərilər arasında baş verən davada 2 nəfər bıçaqlanıb. İlkin məlumata görə, günahkarlar “Toyota” markalı maşınla qaçaraq gizləniblər.