!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Qızılın qiymətində 2,500 dollara qədər artım gözlənilir" – SƏBƏB

!Reklam – Yazi

“Bazarda alıcılar tərəfindən 585 və 750 əyar qızıl məmulatlarının alışında durğunluq var”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının (AZA) İdarə Heyətinin sədrinin müavini Rövşən Əmircanov deyib.

O, qızılın bu gün tarixi rekorda imza atması nəticəsində ölkəmizdəki qızıl bazarındakı mövcud durumdan söz açıb.

Rövşən Əmircanov diqqətə çatıdırb ki, AZA bununla bağlı müvafiq araşdırmalar həyata keçirib:
“Araşdırmaların nəticəsində bəlli olub ki, 999.9 əyar külçə və sikkələrə tələbat daha çoxdur. Belə ki, onların alışı daha çox investisiya kimi istifadə olunur.

Qızıl qiymətlərinin daha da artacağı gözlənilir. Bir neçə ay bundan öncə qızılın bir unsiyaya görə 2,500 dollara qədər artması proqnozlaşdırılmışdı və hal-hazırda qiymətlərdə artım tendensiyası müşahidə olunur. Belə ki, dünyanın bir neçə bölgəsində baş verən hadisələr, Yaxın Şərqdəki siyasi tənəzzül, ABŞ və Çin iqtisadiyyatında qeyri-müəyyənlik qızılın qiymətinə təsir edən başlıca amillərdir.

Ekspertlər bunu, əsasən, investorların öz kapitalını Yaxın Şərqdəki müharibənin yarada biləcəyi risklərdən və ABŞ iqtisadiyyatındakı mümkün çalxalanmadan qorumaq istəyi ilə əlaqələndirir. Bildirirlər ki, bahalaşma tendensiyası 2024-cü ilin sonunadək davam edəcək. Yaranmış vəziyyətə təsir edən faktorlardan biri də Federal Ehtiyat Sisteminin yaxın vaxtlarda pul-kredit siyasətini yumşalda biləcəyi haqqında proqnozlardır.

 

Həmsöhbətimiz bildirib ki, sadalanan amillər Azərbaycan qızıl bazarına da təsir edir. Bazarda alıcılar tərəfindən 585 və 750 əyar qızıl məmulatlarının alışında durğunluq yaşanır.

Bundan əlavə, Rövşən Əmircanov “AzerGold” QSC-nin konseptual mağazasının fəaliyyəti haqqında məlumat vermişdir.

“AzerGold” QSC milli zərgərlik sənayesinin inkişafı istiqamətində həyata keçirilən islahatlara dəstək vermək məqsədilə yerli qızıl xammalından istehsal edilən məhsulların Satış və mübadilə mərkəzində dövlət şirkətinin yerli pərakəndə bazara təqdim etdiyi 999,9 əyarlı qızıl sikkə və külçələr satışa çıxarılır. Mərkəzdə şirkət tərəfindən istehsal edilən məhsullar qızılın dünya birjasındakı cari qiymətinə uyğun minimal marja ilə ticarət olunur. Satış mərkəzində məhsulların satışı ilə yanaşı həmçinin qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı – mübadiləsi də təmin edilir.

Xatırladaq ki, son nəticələrə əsasən, 1 unsiya və ya 31 qram qızılın qiyməti 2,300 ABŞ dolları təşkil edib.

Rafi Müslümov

COP29

www.yenicag.az

541
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv