Qızın ailəsi oğlanı öldürdü-Video

media-hightechnic-468x90

82657Bir-birinə qoşulub qaçan 25 yaşlı gənci və 19 yaşlı qızı insanların gözləri önündə bıçaqlayıblar.

Yenicag.az bildirir ki, hadisə Türkiyənin İstanbul şəhərində olub. Mardindən qaçan 25 yaşlı oğlanla 19 yaşlı qız avtobusdan düşən kimi 4 nəfər bıçaqlı şəxs onlara hücum edib. Əvvəlcə oğlanı bıçaqlayıblar. O, yerə yıxılandan sonra qıza hücum ediblər. Oğlan yerindəcə keçinib. Qız isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Hadisəni görənlərin sözlərinə görə, qız bıçaqlı adamlara baxanda birinə “qardaşım” deyib. Bundan başqa, qızın atası bir gün əvvəl qızının itkin düşməsi haqqında polisə müraciət edib. Buna görə, polis ehtimal edir ki, bıçaqlı adamlar qızın qohumları olub. Qız ağır yaralansa da, həkimlərin suallarına cavab verə bilib. O, həkimlərə 19 yaşı olduğunu, onları eyni xəstəxanaya aparmalarını deyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600