Qobuda hərbi sursat aşkarlanıb - VİDEO

media-hightechnic-468x90

Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində hərbi sursat aşkar edilib.

media-banner_tuq

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 5 ədəd F-1 əl qumbarası, 5 ədəd UZRQM partladıcısı və 25 ədəd 7×62 mm-lik mərmi olduğu müəyyən edilib. Sursatlar zərərsizləşdirilərək ərazidən kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05