QSC-nin mətbuat xidmətinə yeni rəhbər təyin olunub

media-hightechnic-468x90

gfgfjhg“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat həyata keçirilib.

QSC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə Nəsimi Paşayev təyin olunub. N.Paşayev ali təhsilini Türkiyədə alıb. 2000-ci ildən bəri “Bakıelektrikşəbəkə” ASC Mətbuat Xidmətində çalışıb.

Xatırladaq ki, bundan əvvəl qurumun mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva olub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.

Prezidentin digər sərəncamı ilə yeni qurumun sədri vəzifəsinə Zaur Hüseynov təyin edilib(aznews.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600