Qubada kütləvi zəhərlənmə - 5 nəfər xəstəxanaya yerləşdirildi

media-hightechnic-468x90

Quba rayonunda kütləvi zəhərlənmə olub.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Dəlləkli kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakinləri – 1952-ci il təvəllüdlü Zöhrə Ramiz qızı Hüseynova, 2008-ci il təvəllüdlü Bilal Bayram oğlu Ömərov, 2011-ci il təvəllüdlü Ömər Bayram oğlu Ömərov, 1987-ci il təvəllüdlü, Mavigül Mövlud qızı Ömərova və 1988-ci il təvəllüdlü Rəhilə Radixan qızı Ömərova ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Onlara qida zəhərlənməsi və kəskin qastroenterit diaqnozu qoyulub.

Zəhərlənən şəxslər Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib və vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600