!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qurban Qurbanov: "Milliyə qürurla xidmət etmək istəyirəm, məni maaş maraqlandırmır"  

!Reklam – Yazi

Bu gün Qurban Qurbanovun milli komandanın baş məşqçisi kimi ilk mətbuat konfransı keçirilib.

Yenicag.az xəbər verir ki, təcrübəli mütəxəssis “Bayıl Arena”da təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

– Bütün yaş qrupları üzrə yığma komandalara yeni baş məşqçilər təyin olunub. Siz onlarda hansı keyfiyyətləri görürsünüz?

– Qərar qəbul etməkdə çətinlik çəkdik. Rəşad Sadıqov mənim komandamın lideridir. Onun böyük təcrübəsi var. Belə bir qərara gəldik ki, məşqçi yetişdirək. Digər yeni baş məşqçilərin köməkçi-məşqçi kimi böyük təcrübəsi var.

– Millətlər Liqası başlayana qədər neçə yoxlama oyunu keçiriləcək?

– İstərdik oyunların sayı çox olsun. İlk toplanışımız yanvardadır. Sonra martda və mayda toplanışlar olacaq. Ardınca isə dünya çempionatı gəlir. Komandanı qarşıdakı seçmə tsiklə hazır etməyə çalışacağıq.

– Milliləşdirmə siyasətini davam etdirəcəksiniz? Deniz Yılmaz və Eddi İsrafilov kimi futbolçuları yığmaya cəlb etməyi düşünürsünüz?
– Yaxşı oyunçuları tapmalıyıq. Lazım olacaqsa, buna da əl atacağıq. Hər bir futbolçunu izləyəcəyik. Hər bir oyunda dəyişiklik edə bilərik. Hər bir futbolçuya şans veriləcək. Ola bilər ki, kimsə çağırılmasın.

– Robert Prosineçki aşağı liqalarda oynayan futbolçuları milliyə çağırmırdı. Məsələn, Renat Dadaşovu. Siz də bu cür edəcəksiniz?

– Əlbəttə, futbolçularımızın hazır olmasını istərdik. Bəziləri əsas heyətdə oynamırlar. Amma ola bilər ki, bəzi adlar görəsiniz.

– Rauf Əliyevin qışdan sonra klubsuz qalması ehtimalı var. Bu məsələnin həllinə çalışacaqsınız?

– Bu, mənə aid olan iş deyil. Qanun qanundur. Məncə, “Keşlə”də oynaya bilər. Buna çox üzüldüm.

– Süni meydançalar uşaq futbolu üçün problemdir. Bu barədə nə deyə bilərsiniz?

– Avropanın hər bir yerində süni örtüklü meydançalar var. Lakin müəyyən yaş dövründən sonra belə meydançalardan uzaqlaşmaq lazımdır. Süni meydançaları salmaq və saxlamaq asandır. Danışdıq ki, Premyer Liqanın bütün komandalar təbii örtüklərdə oynasınlar.

– Maaş məsələniz mətbuatda çox müzakirə olunur. Bu barədə nə deyə bilərsiniz?
– Məni maliyyə o qədər də maraqlandırmır. Maaşla bağlı rəhbərliklə söhbətim olmayıb. Azərbaycan futboluna və milli komandaya qürurula xidmət etmək istəyirəm. Özüm və düşüncələrim sağlam olsun. Bundan önəmli heç nə yoxdur. Bu gün mənə bu səviyyədə qiymət verilirsə, mənim üçün önəmli qazanc budur.

– Problemli mövqelərə milliəşdirilmiş oyunçular cəlb etməklə öz prinsiplərinizdən əl çəkəcəksiniz?

– Çox istərdim ki, azərbaycanlı futbolçular inkişaf etsinlər. Lakin onların kimlərin yanında olması önəmlidir. Mən “Qarabağ”da işə başlayanda yalnız legioner kimi Admir Telli var idi. Amma sonra əlavə oyunçular götürdük. Bəlkə də yerlilərlə oynasaydıq, məni alqışlayacaqdınız. Bəli, bəzi mövqelərdə problemlər var. Son oyunlarda 4 mərkəz müdafiəçisi zədəli idi. Düşünürəm ki, normal qarşılayacaqsınız. Mən də istərdim ki, azərbaycanlı futbolçularla uğur qazanaq. Amma lazım gəlsə, milliləşdirmə də ola bilər. Biz bilmirik ki, Bədavi Hüseynov nə vaxt oynayacaq. Düzdür, 6 ay deyirlər. Amma iki futbolçuda belə olub, bir il sonra qayıdıb.

– AFFA rəhbərliyi sizdən nə istəyir və siz onlara nə vəd edirisiniz?

– Millətlər Liqasında şans varsa, bundan istifadə etməliyik. Lakin əvvələr bizdə də yaxşı maliyyə imkanı olub. Xüsusən, klublarımızı qeyd edərdim. Lakin onların bir qismi artıq yoxdur. Niyə? Çünki hər şeyi çox tez əldə etmək istəyiblər. Pillə-pillə olmalıdır. Bu gün futbolçuların valideynləri ilə problemlərimiz var. Onların inkişafına çox mane olurlar. Biz valideynləri də düzgün formalaşdırmalıyıq. Mən “Çelsi”nin düşərgəsində oldum. Onların da bu baxımdan ciddi problemi olub. Valideynlərlə görüşlər təşkil edilib. Klubu sevdirməlidirlər və qayğısına qalmaq lazımdır. Futbolçu isə həm də insan kimi formalaşmalıdır.

– Limitlə bağlı fərqli fikirlər var. Siz nə düşünürsünüz?
– Hər bir sistemi stabil etmək üçün variantlara əl atılır. AFFA tərəfindən də müxtəlif addımlar atılıb. Bu gün dəqiq bir söz deyə bilməyəcəyəm. Növbəti mövsüm üçün düşünüləcək. Gələn ilin ilk iclasında müzakirə edəcəyik. Ola bilər ki, sabah tam fərqli qərar olsun. Hər bir klubun fikrinə hörmətlə yanaşırıq.

– AFFA prezidenti Rövnəq Abdullayev dedi ki, növbəti mövsüm Premyer Liqaya 1 klub yüksələcək, 1-i düşəcək. Amma bildiyimzə görə sizin şərtlərdən biri Premyer Liqada 10-12 komanda olmasıdır. ..

– Məncə, Rövnəq müəllim əvvəlki mövsümləri nəzərdə tuturdu. Mən komandaların sayının çox olmasının tərəfdarı olmuşam. I Divizionda bu cür alqı-satqı olacaqsa, l Divizionun olmaması yaxşıdır. Əlimizdə 5 komansa olsun, amma onlar sağlam olsunlar. Dediyiniz şərti irəli sürməmişəm. Ehtiyac olsa, 10 – 12 komandalı çempionat etməyə çalışacağıq.

– Süni meydançalar əsas problemlərdən biridir. Bunu necə aradan qaldırmaq olar?

– “Çelsi”nin 32 təbii, 2 süni örtüklü meydançası var. Onların 28-dən istifadə edirlər. Hələ buna rəğmən deyirlər ki, bizim problemimiz var. Gör indi bizdə durum necədir. Bizdə hər şeyi tez dəyişmək mümükün deyil. Maliyyə məsələsi önəmlidir.

– Qeyri-stabil çıxışı ilə seçilən Kamran Ağayevə güvənəcəsiniz?

– İstərdim ki, bir yox, bir neçə qapıçımız olsun. Rəşad Əzizlini də qeyd etmişəm. Başqa namizədlər də var. Səlahər Ağayev və Anar Nəzirov zədəlidir. Oyunçu seçimimiz azdır. Əlimizdə olan, layiq olanarı dəvət edəcəyik. Milli futbolçunun insani keyfiyyətləri də yüksək olmalıdır. Buna çox önəm verirəm. Milli üzvü nümunədir. Davranışı sıfır olan futbolçu millidə olmayacaq.

– Millətlər Liqasında Ermənistan millisi ilə düşə bilərik…
Bu, finalda ola bilər. İstəməzdik ki, düşmən ölkənin komandası ilə qarşılaşaq. Amma rəqibin kimliyindən asılı olmayaraq, əlimizdəki şansdan istifadə etməyə çalışacağıq.

– “Qarabağ”dan ayrılma ehtimalınız var?
– Səhv etmirəmsə, klubla hələ ilyarımlıq müqaviləm var. Düzdür, çətindir. “Qarabağ”dan ayrılmaqla bağlı fikir yoxdur.

– Millinin baş məşqçisi olmağınız hardasa maraqların toqquşmasına gətirib çıxara bilər. “Qarabağ” zəifləsə belə, millinin maraqlarına görə hansı addımı atacaqsınız?
– Biz “Qarabağ”ın prinsiplərindən əl çəkməli deyilik. Digər tərəfdən, milli üzvü klubunda oynamalıdır. Biz heç vaxt xaricdən təklif alan oyunçuya mane olmamışıq. Buna sevinərəm. Amma millinin maraqlarına görə klubdan oyunçu göndərmək olmayacaq. Hər işin öz öhdəliyi var. “Qarabağ”da işimə mane olamayacaqsa, 1-2 futbolçunun getməsinə mane olmayacağıq.

– Yaroslav Dedanın milliləşdirilməsi ilə bağlı məsələ nə yerdədir?
– Konkret qərar yoxdur. Onu əsas komanda ilə qış toplanışına aparacağam. Azərbaycan futboluna fayda verərsə, qanun çərçivəsində bu cür addım atmaq barədə düşünərik. Belə bir praktika hər yerdə var. Hazırda elə fikrimiz yoxdur ki, o, milliləşdirilməlidir.

– Rahid Əmirquliyevin millidə kapitanlığının dəyişdirilməsi mümkündür?

– Rahid bütün futbolçulara nümunədir. Çox istərdim ki, digər oyunçular da həm futbolda, həm də futboldan kənarda özlərini onun kimi idarə etsinlər. Onun millidə oynaması və kapitan olması bu günün məsələsi deyil. Toplanış zamanı birlikdə baxmalıyıq. Ola bilər ki, kapitanı dəyişməyək. Ola bilər ki, müəyyən müddətdən sonra dəyişdirilsin.

– Millidə mükafat sistemi necə olacaq?
– Bu barədə söhbət olmayıb. İstəmirəm verilən mükafat üzə çıxsın. Çalışacağıq ki, hər şey layiqli olsun.

– Moskva “Spartak”ında çıxış edən Ayaz Quliyev təynatınızdan sonra millidə oynamaq üçün sizinlə danışmağa hazır olduğunu söyləyib…

– Müəyyən futbolçular var. Ayaz da onların sırasındadır. Ola bilər ki, özünə məlumat verilməyib. 2018-ci ildən etibarən bu işlə ətraflı məşğul olacağıq.

COP29

www.yenicag.az

2559
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv