Qurban Qurbanov püşkü dəyərləndirdi: "Bizə ən çətini düşdü"

media-hightechnic-468x90

“5 potensial rəqibdən ən çətini düşdü. “Samtredia” bizi daha yaxşı tanıyır”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan çempionu “Samtredia” ilə üz-üzə gələcək.

Püşklə bağlı danışan Q. Qurbanov Gürcüstanda çempionatın davam etməsini rəqib üçün üstünlük sayır:

“Ötən mövsüm rəqibin “Qəbələ”ylə cavab matçında göstərdiyi futbolu gördük: xarakterli komandadır. Hazırda onlarda çempionat davam edir, bu da rəqibin üstünlüyüdür. Biz isə hələlik tam heyətlə yığışa bilməmişik. Milli komandalarda olan futbolçular iyunun 20-dən sonra təlim-məşq toplanışına qoşulacaq. Çalışacağıq ki, ən qısa zamanda çatışmazlıqlarımızı aradan qaldıraq və oyuna qədər tam hazır vəziyyətə gələk”.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk qarşılaşmaları iyulun 11-12-də, cavab matçları isə 18-19-da oynanılacaq.

Yenicag.az

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05