Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Qurban Qurbanov tarixi qələbədən danışdı

Reklam: High Technic

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” tarix yazıb.

Yenicag.az xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsinin cavab matçında “Şerif”ə 2:1 hesabı ilə qalib gəlməklə Azərbaycan futbolu tarixində ilk dəfə pley-offa adlayıb.

Qarşılaşmadan sonra Moldovadakı zəfəri şərh edən son ölkə çempionunun baş məşqçisi Qurnan Qurbanov bunları deyib:

“Olduqca çətin oyun oldu və belə olacağını da gözləyirdik. Futbolçular əzmkar mübarizə apardı və layiqli qələbə qazandı. Komandamı qələbə və pley-off-a yüksəlmək münasibətiylə təbrik edirəm. Bu mərhələdə oynamaq istəyirdik. Pley-off-da da çalışacağıq ki, yaxşı oyun göstərək. Bu gün bizi burada tək buraxmayan azarkeşlərimizə təşəkkürümü bildirirəm”.

Yenicag.az

www.yenicag.az

932
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100