Qurban Qurbanovun köməkçisi “Levski”nin düşərgəsində

media-hightechnic-468x90

“Qarabağ”ın məşqçisi Elçin Rəhmanov PRO məşqçilik kurslarının tələblərinə əsasən dekabrın 9-da Bolqarıstana yollanıb.

Yenicag.az xəbər verir ki, 6 günlük proqramda Qurban Qurbanovun köməkçisi Bolqarsıtanın “Levski” və “Ludoqorets” klublarının bazasında olacaq.

O, “Ludoqorets” klubunda akademiya fəaliyyəti ilə yaxından tanış olub və akademiyanın direktoruyla görüşüb və fikir mübadiləsi aparıb.

Elçin Rəhmanov “Levski” klubunun məşqçilər heyəti və “Latsio” və “Fiorentina”nın sabiq baş məşqçisi, hazırda da “Levski”ni çalışdıran Delio Rossiylə görüşəcək.

Qeyd edək ki, Rəhmanov komandanın 1 həftəlik hazırlıq prosesi ilə tanış olacaq.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600