!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qurdoğlu” tarixi romanı işıq üzü gördü

!Reklam – Yazi

“Qurdoğlu” adlı tarixi roman işıq üzü görüb.

“Addım” Gənclərin İnkişafı Mərkəzi İctimai Birliyindən AZƏRTAC-a verilən məlumata görə, Elşən Rüstəmovun müəllifi olduğu bu roman oxucunu XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın və bölgənin taleyüklü hadisələrinə şahidlik etmiş Qurdoğlu ailəsinin həyat yoluna aparır. Əsər Zonuz şəhərindən başlayıb, Qacarlar dövründən keçərək, çar Rusiyası, sovet hakimiyyəti illərini əhatə edir və müasir dövrə qədər uzanır.

Kitabda Qurdoğlu nəslinin banisi İlyasdan başlayaraq, Mustafa Qurdoğlu, onun oğlu Abbas və nəvələrinin həyatı təsvir olunur. Müəllif ailənin tarixini Azərbaycanın ictimai-siyasi həyatının fonunda açır, oxucuya dövrün mənzərəsini təqdim edir.

“Qurdoğlu” romanı sadəcə bir ailənin deyil, bütövlükdə Azərbaycan xalqının son iki əsrdə keçdiyi çətin və mürəkkəb yolu əks etdirir. Əsər oxuculara milli kimliyimizi, adət-ənənələrimizi, dəyərlərimizi bir daha xatırladır, keçmişimizlə bu günümüz arasında körpü salır.

Kitab “Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən “Tarixi Miras: “Qurdoğlu” romanının yayımlanması” layihəsi çərçivəsində, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə nəşr edilib.

Layihə çərçivəsində nəzərdə tutulmuş iki təqdimat keçirilib. İlk təqdimat Gəncə şəhəri, Məhsəti Mərkəzində Mədəniyyət Nazirliyinin Regional İdarəsinin dəstəyi ilə kitabxanaçılar və kitabsevərlər üçün təşkil olunub. Digər təqdimat isə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) dəstəyi ilə gənclər üçün keçirilib. Həmçinin www.qurdoglu.az veb-saytı istifadəyə verilib.

COP29

www.yenicag.az

223
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv