Qusarda yol qəzasında 5 nəfər xəsarət aldı

media-hightechnic-468x90

Qusar rayonunda yol qəzası baş verib, 5 nəfər xəsarət alıb.

Yenicag.az xəbər verir ki, hadisə Qusar-Xudat avtomobil yolunun Balaqusar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, şahidlərin sözlərinə görə “VAZ-2107” markalı minik avtomobili hərəkətdə olarkən “Kamaz” markalı yük avtomobililə toqquşub.

Hadisə nəricəsində Qusar rayon sakinləri, 1976-cı il təvəllüdlü Faizat Abduləziz qızı Vahabova, 1984-cü il təvəllüdlü Aynurə Mirəli qızı Kərimova, 1988-ci il təvəllüdlü Radmila Əliaga qızı Məmmədova, 1978-ci il təvəllüdlü Ulduz Gəncəli qızı Ağayeva və 1991-ci il təvəllüdlü Nadir Nasim oğlu Məhsimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralıların hamısı Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600