!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Quyuya yıxılıb yanaraq öldü - Şəkidə 80 yaşlı qadının faciəsi

!Reklam – Yazi

Şəkidə 80 yaşlı qadın bədbəxt hadisə nəticəsində ağır yanıq xəsarətləri alıb.

Yenicag.az xəbər verir ki, bu gün saat 15:50 radələrində Oğuz rayonu Baş Daşağıl kənd sakini, 1937-ci il təvəllüdlü Xanım Abdulrəhim qızı Soltanəliyeva ağır yanıq xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya verilən məlumata görə, müayinə zamanı 80 yaşlı X. Soltanəliyevanın Şəki rayonu Kiçik Dəhnə kəndinin inzibati ərazisindəki fəaliyyət göstərən fermanın həyətindəki zibil yanan quyuya ehtiyatsızlıqdan yıxılaraq ağır yanıq xəsarətləri aldığı məlum olub. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən X. Soltanəliyevaya bədəninin 2-3 dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, vəziyyəti ağır ikimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən son məlumata görə, həkimlərin səyinə baxmayaraq Xanım Soltanəliyeva axşam saat 19:30 radələrində aldığı ağır yanıq xəsarətlərindən dünyasını dəyişib.

COP29

www.yenicag.az

2028
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv