!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramil İsgəndərli Azərbaycan Milli QHT Forumunun yeni rəhbəri seçilib - FOTOLAR

!Reklam – Yazi

Bu gün Azərbaycan Milli QHT Forumunun X qurultayı keçirilib.

Qurultayda ilk öncə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bötüvlüyü, suverenliyi uğrunda qurban gedən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Qurultayda Forumun Nizamnaməsinə köklü dəyişikliklər edilib, “prezident” postu ləğv olunub, əsas səlahiyyətlər İdarə Heyətinə ötürülüb, İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti 4 ildən 5 ilə qaldırılıb. Qurultayda köhnə tərkib tam heyətlə buraxılıb, yeni tərkib formalaşıb.

Qurultayda son 15 ildə ilk dəfə olaraq rəhbər şəxs dəyişdirilib. 5 nəfərdən ibarət İdarə Heyəti yaradılıb.

İdarə Heyətinin sədri postuna “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin rəhbəri Ramil İskəndərliseçilib. O, 25 ilə yaxındır ki, QHT sahəsində iş təcrübəsinə malikdir, peşəkar hüquqşünasdır, ABŞ, Britaniya, Almaniyanın nüfuzlu universitetlərində hüquq üzrə müxtəlif proqramları bitirib. Ramil İskəndərli xarici ölkələrdə beynəlxalq tədbirlərdə fəal iştirakı ilə seçilir. 2023-cü ilin iyul ayından Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədridir. Beynəlxalq hüquq və insan hüquqları sahəsində bir sıra elmi məqalələrin müəllifidir.

İdarə Heyətinin digər üzvləri də peşəkar QHT təmsilçilərindən formalaşıb. Onlar aşağıdakı şəxslərdir:

Pərvanə Vəliyeva – “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktorudur.

O, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur, “Prezident təqaüdçüsü” olub. Uzun illərdir QHT sahəsində fəaliyyət göstərir, BMT, ATƏT, ÜST və digər beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq təcrübəsinə malikdir. 2021-ci ildən Vərəm əleyhinə Avropa Koalisiyasının İdarə Heyətinin üzvüdür. 2023-cü ilin yayından Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına qarşı fəaliyyətə başlayan “Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisidir. 2024-cü ilin fevral ayında COP29 Təşkilat Komitəsinin üzvü təyin olunub.

Azər Allahverənov“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədridir.

30 ildən çoxdur ki, QHT sahəsində fəaliyyət göstərir. Azərbaycan Gənclər İttifaqında, Uşaq və Gənclərin Xeyriyyə Fondunda çalışıb. Miqrasiya sahəsində geniş spektrli beynəlxalq fəaliyyəti ilə seçilir. 2021-ci ildənQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvüdür. 2023-cü ildən “İNJURİA” jurnalının redaksiya şurasının sədridir. Xarici elmi jurnallarda sosial və humanitar, o cümlədən miqrasiya mövzularında yazılmış onlarla elmi məqalələrin müəllifidir. “Tərəqqi” və digər medallarla təltif olunub.

Xatirə Vəliyeva“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədridir.

Uzun illərdir ki, QHT sektorunda fəaliyyət göstərir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində İctimai Şurasında, keçmiş “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətində təmsil olunub. Erməni dilini bilir.

Zaur İbrahimli“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədridir.

25 ildən çoxdur ki, QHT sektorunda fəaliyyət göstərir. “Konstitusiya” Araşdırmalar Fondunda vitse-prezident olub. Beynəlxalq təşkilatlarla sıx iş təcrübəsinə malikdir. İctimai iştirakçılıq, korrupsiyaya qarşı mübarizə və bir sıra istiqamətlər üzrə peşəkar təlimçidir. 2021-ci ildənQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvüdür. Xarici nəşrlərdə bir sıra elmi məqalələrin müəllifidir.

Qurultayda çıxış edən Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lər iş sektorunun müdiri Tural Əliyev Qurultay üzvlərinin səsverməsi ilə yeni formalaşmış İdarə Heyətinə fəaliyyətində uğurlar arzulayıb: “Azərbaycan Milli QHT Forumu illərdir arzusunda olduğu islahatlar mərhələsinə qədər qoyur. Estafeti bir nəsil digərinə yüksək ləyaqətlə ötürür. Bu, Azərbaycan vətəndaş cəmiyyətində formalaşmış nümunəvi ictimai dəyərlərdən, yetkin mədəniyyətdən xəbər verir. Forumun Nizamnaməsində aparılan sistem xarakterli dəyişikliklər qurumun müasir dövrün tələblərinə uyğun çevik idarəçilik modelinə keçməsinə işarədir. Qarşıdakı müddətdə bunun müsbət praktik nəticələrini görəcəyimizə ümid edirik. Yeni İdarə Heyətini biz hadisələrin arxasınca gedən deyil, əksinə, müsbət təşəbbüslərin bayraqdarı kimi təsəvvür edirik. Yeni İdarə Heyətindən QHT-lərin ictimai vəkilliyi işində, ictimai maraqların müdafiəsində, o cümlədən cəmiyyətdə kök salmış mənfi streotiplərin təmizlənməsi işində yüksək fəallıq gözləyirik. PA rəsmisi bildirib ki, qarşıdakı dövrdə QHT sektorunda islahatlar daha da dərinləşdiriləcək. Bu islahatlar QHT-lərin sağlam, münbit şəraitdə inkişafı, şəffaf, hesabatlı fəaliyyəti üçün meydanı daha da genişləndirəcək.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Rauf Zeyniyə fəaliyyəti dövründə Agentliklə sıx əməkdaşlığa görə təşəkkür edib və onu “Diplom”la təltif edib. A.Əliyeva yeni heyəti də təbrik edib.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli etimada görə Qurultay üzvlərinə təşəkkür edib, gözləntiləri doğrultmaq üçün fəal iş aparacaqlarını bildirib.

www.yenicag.az

175
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv