Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi həyata keçirilib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Yasamal Rayon Polis İdarəsinin rəis müavini, polkovnik-leytenant Cavid Muradov Mingəçevir Rayon Polis İdarəsinin rəisi təyin edilib.
Qeyd edək ki, Mingəçevir Rayon Polis İdarəsinin rəisi Ələsgər Bədəlov pensiya yaşına çatdığına görə, vəzifəsindən uzaqlaşdırılmışdı.