Dünən yerləşdirildiyi xəstəxanada dünyasını dəyişən xalq artisti Ramiz Əzizbəyli “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.
Yenicag.az-a açıqlama verən mərhum sənətkarın qızı Cəlalə Əzizbəyli atasının Fəxri Xiyabanda deyil, “Qurd qapısı” qəbiristanlığında dəfn olunacağı xəbərini təəssüf hissi ilə qarşıladıqlarını bildirib:
“Anam indi Mədəniyyət Nazirliyi ilə danışdı, dedilər ki, atamı “Qurd qapısı” qəbiristanlığında dəfn edəcəklər. Yəni Şöhrət ordeni də işə yaramadı?Atam o boyda sənətkardır, bu sənət üçün canını qoyub. Hər halda gözləyirik, görək qəti qərar nə olacaq. Yəqin harada məsləhət biləcəklərsə, orada da dəfn olunacaq, neyləyə bilərik ki?”
Cəvahir
www.yenicag.az