!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ramiz Məlik Məleykədən üzr istədi: "Peşmanam..."

!Reklam – Yazi

Ötən gün xalq artisti Məleykə Əsədova ilə bağlı Yenicag.az saytına qalmaqallı açıqlama verən aktyor Ramiz Məlik həmkarından üzr istəyib.

Yenicag.az xəbər verir ki, xalq artisti bu açıqlamasından peşman olduğunu dilə gətirib.

“Mən istəyirəm ki, bu söz-söhbətə birdəfəlik son qoyam. Son zamanlar əsəbi olmağım bəzi problemlərə səbəb olur. Xalq artisti Məleykə Əsədova ilə aramızda baş verən məlum hadisəyə görə çox təəssüf edirəm. Əsəbi olmuşam, dediklərim həqiqəti əks etdirmir. Məleykə Əsədova ilə bir neçə tamaşada tərəf müqabili olmuşam, illər boyu bir-birimizə hörmət etmişik. Onun haqqında statusu təhqir etmək üçün yazmamışdım. Sadəcə, anlaşılmazlıq olub. Məsələnin bu dərəcəyə gəlib çıxmasını düşünməzdim. Mən ona yaradıcılığında yeni uğurlar arzu edirəm. Məleykə, biz səninlə neçə illərin dostu olmuşuq. Anlaşılmazlıq olduğuna görə, bir-birimizi başa düşməmişik. Mən böyük kimi səndən üzr istəməyi özümə borc bilirəm”, deyə o, qeyd edib.

COP29

www.yenicag.az

5318
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv