Ramzan Kadırov ulu babasının adına məscid tikdirib – Zəhmətkeşlərin “israrlı xahişi”

Çeçenistanın Camlay Əlixanov qəsəbəsində inşa olunan yeni məscidə respublika liderinin ulu babasının adı verilib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, respublikada sayca 1308-ci olan yeni məscid Çeçenistanın rəhbəri Ramzan Kadırovun ulu babası Əbdül-Qədirin adını daşıyacaq.

Məlumata görə, Əbdül-Qədir məscidinin açılışı sentyabrın 5-nə planlaşdırılıb.

Qeyd olunur ki, məscidə Kadırovun babasının adının verilməsində “qəsəbə sakinlərinin israrlı xahişi əsas götürülüb.