Rasim Balayev: "Bilirəm ki, "Yeniçağ" sözümün başına ip keçirtməyəcək"  

media-hightechnic-468x90

Bu gün Yeniçag.az saytının 10 illik yubileyidir.

Xalq artisti, tanınmış aktyor Rasim Balayev təbriklərini bölüşüb :

“Saytınızda dəfələrlə özüm barədə yazılar dərc olunub. Hətta o yazılar sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Mən bu sayta rahatlıqla danışıb, fikirlərimi bölüşürəm, çünki inanıram, bilirəm ki, sözümün başına ip keçirtməyəcək, fikirlərimi təhrif etməyəcəksiz. Buna görə də sonradan əsəbiləşməyəcəm. Oxucu jurnalistə inanmalıdır. İnandısa, hər zaman onunla səmimi danışacaq. Mən sizin sayta tez-tez müsahibələr verirəm. Və heç vaxt da qeyri-səmimi olmamışam. Obyektivliyi ilə seçilən saytınıza və rəhbərlik başda olmaqla komandanıza bol uğurlar arzulayıram. Doğrudan da baş redaktor peşəkar olanda və ətrafına peşəkarları toplayanda o saytın imici də müsbət olacaq və heç vaxt oxucularını itirməyəcək. Yubileyiniz mübarək, dostlar”.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600