Azərbaycan kinosunda xüsusi rolu olan rejissor, xalq artisti Rasim Ocaqovun xatirə günüdür.
Xalq artisti Rasim Balayev sənət dostu ilə bağlı xatirələrini Yenicag.az-la bölüşüb:
“Çox qürurlu insan idi. Ocaqov həm şəxsiyyət, həm də əsl peşəkar idi. Kinoda Ocaqovun yeri görünür. Onun çəkdiyi filmlər mili kinomuzda xüsusi mərhələ təhkil edir. Söz xatirinə demirəm, həqiqətən də Ocaqov böyük rejissordur. Kinoda belədir ki, müəyyən fasilələrlə reejissorlara film ssenariləri təklif olunur. Amma Ocaqova hər il ssenarilər verilirdi. Amma o bəyənmədiyi, hiss etmədiyi filmi çəkməzdi. Hətta dolanışığını da belə gözə almırdı. Hələ indiyə qədər Ocaqov qədər çəkiliş meydançasına hazırlıqlı gələn ikinci rejissor görmədim. Hər kadrı beynində götür-qoy edib çəkilişə başlayırdı. Ömrünün son illərində kinomuzda tənəzzül başladı, o buna görə çox narahatlıq keçirdi”.
R.Balayev sənət dostunun son günlərini belə xatırlayıb:
“Ocaqov ürəyindən müalicə olunurdu. O zaman Kino İttiaqı Hökumət Evinin ikinci mərtəbəsində yerləşirdi. Ocaqov liftlə üçüncü mərtəbəyə qalxıb, ikiyə enirdi. Soruşurdum ki, niyə belə edirsən? Deyirdi, pilləkanları qalxa bilmirəm. Ölümünü hiss etmişdi. İsti bir yay günündə mənə zəng etdi ki, hardasan, istirahətə getməyəcəksən ki?Dedim ki, yox, niyə soruşursan?Qayıtdı ki, heç yerə getmə, bəlkə dünyadan getdim. Dedim bu nə sözdür, onu bir Allah bilir. Özünü pis hiss etdiyini söylədi. Bir-iki gündən sonra ölüm xəbərini aldım”.
Cəvahir
www.yenicag.az