Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Qarabağ FC

Rasim Balayevin ŞUŞA ARZUSU: “Onların incikliyini anlamaq olar”

“Onların incikliyini başa düşmək olar. Çünki hər kəs Qarabağı, Şuşanı görmək istəyir”.

Bunu tanınmış aktyor, Xalq artisti Rasim Balayev Qarabağa təşkil olunan səfərlər zamanı sənət adamları arasında yaşanan incikliklərə münasibət bildirərkən Yenicag.az-a açıqlamasında deyib.

Aktyor özünün də ən böyük arzusunu dilə gətirib:

“Mən vaxtilə Şuşada çox olmuşam. Hamı kimi mənim də arzumdur ki, o yerlərə yenidən gedim. Bir dəfə dəvət etdilər, amma səhhətim imkan vermədiyi üçün gedə bilmədim. Amma mütləq gedəcəm. Çox adamın arzusudur ki, o yerləri yenidən gedib görsün, inciklikləri də başa düşürəm. Yəqin, növbəti səfərlər zamanı onlar da Qarabağa səfər edərlər. Siyahını kimlər hazırlayırsa, bunu nəzərə alar”.

Cəvahir

www.yenicag.az

354
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100