Avropa Şurası Parlament Assambelyası Azərbaycandakı seçki öncəsi missiyası ilə görüş zamanı AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin Sədri Razi Nurullayev qeyd edib ki, Azərbaycan siyasi hakimiyyətinin azad və demokratik seçki keçirmək niyyəti yoxdur:
“Seçkidə iştirakdan da imtina etmişəm. Ölkədə elə bir şərait yaranıb ki, potensial namizədlərin çoxu seçkidə iştirak etmək istəmir. Ölkəni çox ağır vəziyyətə salan siyasi hakimiyyət çıxış yolu qoymayıb. Sevindirici haldır ki, beynəlxalq təşkilatlar daha YAP-ın qurduğu seçki oyununda saxtakar olmaq istəmirlər.
Vətəndaş cəmiyyəti barədə də fikirlərimi dedim. Vətəndaş cəmiyyəti sıradan çıxarılıb və yarımcandır. Belə demək olar, o artıq yoxdur. Bir neçə dəfə eşitmişəm ki, dövlət başçısı İlham Əliyev də deyir ki, vətəndaş nəzarəti lazımdır. Amma, vətəndaş cəmiyyəti öldürülübsə və son nəfəsini verirsə, önəmli vətəndaş cəmiyyəti iştirakçıları həbsə atılıbsa, vətəndaş nəzarəti haradan olacaq?”
www.yenicag.az