Reaktiv mühərrik yanacağı üçün idxal gömrük rüsumu ləğv edildi

media-hightechnic-468x90

Reaktiv mühərriklər üçün TC-1 markalı və digər markalı yanacaqlar üçün 15 faiz idxal gömrük rüsumu ləğv edilib.

Yenicag.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.

Həmçinin, “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilib. Ölkəyə idxal edilən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq, həmçinin reaktiv mühərriklər üçün digər yanacağın aksiz dərəcəsi 2022-ci ilin sonunadək hər tonuna görə 1 manat təsbit edilib.

Bu qərarlar 2022-ci il 31 dekabr tarixinədək qüvvədədir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600