Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

"Redmi Note 8T"nin real VİDEOSU

“Redmi Note 8T”nin “unboxing” (qutu açma) videosu ortaya çıxdı.

Yenicag.az xəbər verir ki, hələ bir neçə gün bundan öncə “Redmi Note 8T” smartfon modelinin real fotoları ortaya çıxmışdı. İndi isə İtaliyanın Evosmart adlı YouTube kanalı bu smartfonun əks olunduğu videonu təqdim edib. Təqdim olunmuş video smartfon barəsində daha öncədən sızdırılmış məlumatları təsdiqləyib.

“Redmi Note 8T” modeli adi “Redmi Note 8″in kopyası olacaq. Əsas fərq ondan ibarətdir ki, “Redmi Note 8T” modeli bir qədər böyüdülmüş ölçüyə, aşağı və yuxarı hissələrdə bir qədər qalın çərçivələrə və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC modula sahib olacaq. Yerdə qalan göstəricilər baxımından isə “Redmi Note 8T” modeli adi “Redmi Note 8” ilə eynidir.

Yəni, 6.3 düym IPS ekran, “Gorilla Glass 5” qoruyucu şüşəsi, “Snapdragon 665” prosessoru, 48 MP + 8 MP + 2 MP + 2 MP dördlü arxa kamera və 4000 mAh enerji tutumlu batareyaYA MALİKDİR. Smartfon “Android Pie” əməliyyat sistemi vasitəsilə çalışacaq.

Smartfonun nə zaman təqdim olunacağı barəsində bir məlumat yoxdur. Lakin güman etmək olar ki, o, “Mi Note 10” smartfonu ilə birlikdə təqdim olunacaq.

“Redmi Note 8T”nin qutu açma videosunu təqdim edirik:

www.yenicag.az

6206
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM