!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəisinin ölümü ətrafında yaranan İDDİALAR: Sui-qəsd, yoxsa hakimiyyətdaxili hesablaşma?

!Reklam – Yazi

“İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması müxtəlif spekulyasiyalara yol açdı. Belə ki, bir neçə versiya önə sürülsə də, rəsmi açıqlama əlverişsiz hava şəraitində helikopterin qəzaya uğraması ilə bağlı oldu”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.

Siyasi təhlilçi İran prezidenti İbrahim Rəisinin ötən gün helikopter qəzasında həlak olmasından sonra onun ölümü ətrafında yaranan iddialara münasibət bildirib.

Onun sözlərinə görə, burada müxtəlif ehtimallar mövcud idi:

“Birincisi, əlverişsiz hava şəraitində helikopterin sözügedən prosesdə idarəni itirməsi və qəzaya uğramasıdır.

İkincisi, ola bilsin ki, bu, İranda hakimiyyətdaxili hesablaşmaların nəticəsidir.

Üçüncü versiya isə kənardan hansısa güclər tərəfindən sui-qəsdin həyata keçirilməsidir. Açıqcası, mən son variantı böyük ölçüdə istisna edirəm və fikrimcə, ən uyğunu rəsmi versiyadır. Sözsüz ki, Tehran hakimiyyəti araşdırmalardan sonra bu məsələlərə bir daha aydınlıq gətirəcək”.

O ki qaldı İranda müxtəlif provokatorların bu cür anti-Azərbaycan bəyanatları verməsinə və Azərbaycanın adını hallandırmasına, bu məlumatlar artıq dünəndən sosial şəbəkələrdə yayılıb. Əlbəttə ki, bunların hamısı dezinformasiyalardır və diqqəti məsələdən yayındırmaq niyyəti güdür. Bu məsələdən istifadə edərək, İran-Azərbaycan münasibətlərini gərginləşdirmək istəyən qüvvələr var. Hətta belə ehtimallarda mövcuddur ki, İbrahim Rəisinin qonşularla normallaşma münasibətli siyasət aparması İran daxilindəki müəyyən kəsimlərdə narazılıq yaradıb. Yaxud hakimiyyət uğurundakı mübarizədə gələcək dini liderlik məsələsində ona qarşı çıxanlar məhz bunu təşkil ediblər. Bunların hamısı ehtimallar və versiyalardır. Təbii ki, İran tərəfinin rəsmi açıqlamaları bu məsələyə son qoyacaq”, – deyə o, əlavə edib.

Belə bir vəziyyətdə İranın öz siyasətini sərtləşdirəcəyi və İsrailə hücum edəcəyi ilə bağlı iddialara gəldikdə isə həmsöhbətimiz əlavə edib ki, bunun üçün əsas yoxdur:

“Çünki qeyd edilən bəyanatlar heç bir məlumata əsaslanmayan iddialardır ki, bunlar hələ də təsdiqlənməyib. Hətta rəsmi Təl-Əviv də sözügedən məsələlərlə bağlı mövqeyini ifadə etdi. Mənə elə gəlir ki, hazırkı şəraitdə İrana İsraillə yeni bir savaş lazım deyil, ona görə ki bu İranın özünün zərərinə ola bilər.

Artıq İran Konstitusiyasının 131-ci maddəsinə uyğun olaraq, proses başlanıb. Birinci vitse-prezident Məhəmməd Möhbər artıq Rəisini əvəz edir və 50 gün müddətində də ölkə prezident seçkilərinə gedəcək. Daha dəqiq desək, burada iki versiyanın olması gözlənilir: ya 50 gün sonra seçkilər olacaq, ya da İranın ali dini lideri Seyid Əli Xamneyi Məhəmməd Möhbərin öz fəaliyyətini davam etdirməsi ilə bağlı qərar verə bilər. Hər halda, bu məsələlərə yaxın günlərdə konkret şəkildə aydınlıq gələcək”.

Rafi Müslümov

www.yenicag.az

430
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv