Rektor özü ilə möhürü xaricə apardı

media-hightechnic-468x90

89944Lənkəran Dövlət Unversitetinin müəllimləri dekabr ayından bu yana əmək haqlarını ala bilmirlər.

Yenicag.az qafqazinfo-ya istinadən bildirir ki, bu haqda avropa.info-ya Unversitetin müəllimləri məlumat verib. Müəllimlər buna qəribə səbəb göstəriblər. Onların dediklərinə görə, Unversitetin rektoru dekabr ayından xaricə gedib və hələ də geri qayıtmayıb. Üstəlik də, xaricə gedərkən Unversitetin möhürünü də özü ilə aparıb.

“Rektor Asəf İsgəndərov möhrü də götürərək gedib xaricə. O, sənədlərə imza atmalıdır ki, əmək haqqımız bankomatlara yüklənsin. Onsuz heç kimin səlahiyyəti yoxdur ki, sənədlərə imza atsın, həm də möhürü də özü ilə apardığından bu mümkün olmur. Biz çətin durumdayıq. Onsuz da əmək haqlarımız 150 manat civarındadır. Onu da kreditə veririk. Artıq iki aydır kreditlərimizi də verə bilmirik.”

Müəllimlər qeyd ediblər ki, maaşlarının verilməməsi hər hansısa iqtisadi böhranla əlaqəli deyil. Çünki unversitetlər əmək haqqlarını öz büdcələrindən ödəyirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600