Rəqiblər artıq məlumdur

media-hightechnic-468x90

Mecidov_010812“AIBA Pro Boxing” (APB) turnirində mübarizə aparan Məhəmmədrəsul Məcidov ( 91 kq) və Tamerlan Abdullayevin (69 kq) növbəti rəqibləri bəlli olub. 2 qat dünya, Avropa çempionu, London olimpiadasının bürünc mükafatçısı M.Məcidov dekabrın 19-da rinqə çıxacaq. Milli komandamızın üzvü misirli Əhməd Samirlə üz-üzə gələcək.

30 yaşlı Samir Nyu Yorkda peşəkar boksla məşğul olub. Ancaq o, APB turnirində hər iki görüşdə uduzub. Superağır çəki dərəcəli boksçu əvvəlcə almaniyalı Erik Pfeyferə, 2-ci mərhələdə isə rusiyalı Maqomed Omarova məğlub olub.

T.Abdullayev isə dekabrın 20-də avstriyalı Markos Naderlə qarşılaşacaq. 24 yaşlı M.Nader də əvvəllər peşəkar boksla məşğul olub. O, 1-ci mərhələdə keniyalı Rayton Okviriyə, ötən ay isə litvalı Eimantas Stanionisə uduzub.

Hər iki görüş saat 19:00-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində başlayacaq.

Qeyd edək ki, M.Məcidov noyabrda APB-də debüt edib və ukraynalı Sergey Verveykonu 2-ci raundda nokautla üstələyib. Tamerlan isə ilk döyüşündə macarıstanlı Qyula Katedən üstün olub.

(trend.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600