!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsmi Bakı ilə İrəvan arasında razılaşma ANONSU: “Bu tədbirədək ən azı bir anlaşma olacaq”

!Reklam – Yazi

“COP29-a kimi Azərbaycanla Ermənistan arasında ən azı bir anlaşma olacaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Ermənistan Azərbaycan arasında baş verən prosesləri şərh edən politoloq Yusif Bağırzadə deyib.

Yusif Bağırzadə bildirib ki, Azərbaycan üçün əsas olan Ermənistan hakimiyyətinin separatçı rejimə münasiblətidir.

“Ermənistan Azərbaycan arasında münasiblətlərin qurulması, hər hansı bir anlaşmanın əldə edilməsi üçün cəhdlər edilir. Azərbaycan üçün prioritet məsələ Ermənistan hakimiyyətinin qondarma, separatçı Qarabağ rejiminə münasibləridir. Paşinyan hakimiyyətinin separatçı rejimə münasibəti Azərbaycanı qane edir. Paşinyan bildirdi ki, Qarabağdakı rejim özlərini buraxıb gəlib. Azərbaycan üçün əsas budur”, – deyə o qeyd edib.

Politoloq əlavə edib ki, Ermənistanda 2026-cı ildə konstitusiyaya dəyişiklik nəzərdə tutulur:
“Ermənistan Azərbaycan torpaqlarını işğal etmişdi. Orada separatçı rejim fəaliyyət göstərib. Həmin “Qarabağ klanı” Ermənistanda da uzun müddət hakimiyyətdə olub. Onlar Ermənistan dövlətinin iqtisadi və hərbi baxımdan Rusiyadan asılı vəziyyətə salıb.

Azərbaycanla Ermənistan arasında müharibə Qarabağla bağlı idi. O problem də həllini tapıb. İnanıram ki, COP29-a kimi ən azı iki ölkə arasında bir anlaşma olacaq”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

446
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv