Rəsmi saytları olmayan universitetlər-Siyahı

media-hightechnic-468x90

Onlayn-kitab-satışı-280x187Təhsil Nazirliyi veb resursu olmayan ali təhsil müəssisələrinin adlarını açıqlayıb.
Təhsil Nazirliyinin təşkilatçılığı ilə Dövlət İdarəçilik Akademiyasında (ADİA) “Media və təhsil dialoqu” mövzusunda keçirilən konfransda çıxışı zamanı Təhsil Nazirliyinin veb-masteri Mehman Şəfaqətov bildirib ki, bu ali məktəblərin siyahısına Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Naxçıvan Müəllimlər İnstitutu, Bakı Asiya Universiteti, Bakı Qızlar Universiteti, Bakı İslam Universiteti daxildir.

Təhsil Nazirliyi əməkdaşı virtual aləmdə daha aktiv fəaliyyət göstərən ali təhsil müəssisələrinin də adlarını açıqlayıb. Belə ki, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Qafqaz Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti virtual aləmdə daha aktiv fəaliyyət göstərir.

Nazirlik əməkdaşı qeyd edib ki, təhsillə bağlı veb resursların edu.az domeni adı altında yayımlanması məqsədəuyğundur. Bu gün ali məktəblərin əksəriyyətinin veb saytı edu.az domeni ilə fəaliyyət göstərir. Təfəkkür və Xəzər universitetləri isə belə yayımlanmır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600