Mingəçevir şəhərində restoran işçisi arterial damarı kəsilmiş vəziyyətdə tapılıb.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında “Qədiroğlu” restoranında qeydə alınıb.
Restoranda müştərilərlə ofisiant arasında davanın baş verdiyi müəyyən edilib.
Hadisə zamanı restoranın 1996-cı il təvəllüdlü müştərisi Orxan Elxan oğlu Mamedov ağır qanaxma ilə xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Eyni zamnada, müəssisənin 2000-ci il təvəllüdlü ofisiantı Seymur Zeynalov da həmin davada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisənin tam mahiyyəti hələ bəlli olmasa da, müştərilərlə ofisiant arasında mübahisə zəminində baş verdiyi söylənilir.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az